Yeni kitab · Bakı, 2026

Rəqəmsal şirkət

Hissinlə yox, verilənlə

Dünyanın tərcümə olunmamış marketinq ideyaları Azərbaycan biznesi üçün — 24 fəsil, 70-dən çox alət.

Kitab hansı sualdan doğulub

Keçən ay neçə müştəri gəldi, haradan gəldi və hər biri neçəyə başa gəldi?

Cavabı rəqəmlə deyə bilmirsinizsə, şirkəti hisslə idarə edirsiniz — və hiss hər il bahalaşır. Bu kitab həmin üç suala cavab verən sistemi qurur.

01

Marketinq büdcəsinin neçə faizi sizi hələ tanımayanlara gedir?

02

Müştəri məlumatları bir yerdə saxlanılır, yoxsa satıcının telefonunda?

03

Saytınızı son bir ayda telefondan, mobil internetlə özünüz açmısınızmı?

İçindəkilər

Yeddi hissə, iyirmi dörd fəsil

Hissələr ardıcıldır: əvvəl görürsünüz, sonra anlayırsınız, sonra seçirsiniz — və yalnız bundan sonra qurmağa və xərcləməyə başlayırsınız

Nə alırsınız

Oxunacaq yox, doldurulacaq kitab

Hissələr ardıcıldır: əvvəl görürsünüz, sonra anlayırsınız, sonra seçirsiniz — və yalnız bundan sonra qurmağa və xərcləməyə başlayırsınız

Kimin üçün

Kitab kimə yazılıb

Kimə yazılmayıb: hazır reseptlər axtaranlara. Kitab hər fəsildə sizdən bir qərar tələb edir.

Mənbələr

Azərbaycan dilində olmayan iyirmi kitabın özəti

Hər fəsil bir-iki dünya müəllifinin tapıntısına söykənir; kitabın sonundakı bələdçi iyirmi əsəri bir səhifəlik xülasələrlə verir.

Thomas Davenport

Byron Sharp

Cim Kollinz

Jenni Romaniuk

Filip Kotler

Seth Godin

Simon Kingsnorth

Deyv Çaffi

Robert Palmatier

Binet & Field

Ethan Mollick

Christophe Morin

Enrico Genco

Rajkumar Venkatesan

Mənbələr

İki format

Çap nəşri hazırlanır. Çıxanda xəbər almaq istəyirsinizsə, pulsuz nümunəni yükləyin — siyahıya birinci siz düşəcəksiniz.
Əvvəlcə oxumaq istəyirsinizsə: ön söz və birinci fəsli pulsuz yükləyin (37 səhifə, PDF).

Elektron nəşr

PDF (ekran üçün, 518 səhifə) + EPUB. Mündəricat və istinadlar kliklənir, şrift ölçüsü telefonda dəyişir.

39,90 AZN

Ödənişdən sonra dərhal yüklənir. Qiymətə ƏDV daxildir.

Müəllif

Rəşad Qafarzadə

Sahibkar, icraçı rəhbər və rəqəmsal transformasiya üzrə konsultant. 2015–2025-ci illərdə veb proqramlaşdırma, hostinq, rəqəmsal marketinq və İT təhsili istiqamətlərini əhatə edən şirkətlər qrupunu qurub idarə edib; qrupun hostinq şirkəti 52 ölkədə müştəriyə xidmət göstərən beynəlxalq provayderə çevrilib.

İdarəetmə sistemləri üzrə daxili auditordur (ISO 19011). Hazırda kiçik və orta şirkətlərə rəqəmsal transformasiya üzrə konsaltinq xidməti göstərir və mentorluq edir.

FAQ

Tez-tez verilən suallar

Kitab kimin üçün çətindir?

Marketinq təhsili tələb olunmur. Terminlər ilk işlənəndə Azərbaycanca izah olunur, kitabın sonunda 300-dən artıq terminlik lüğət var.

PDF hər yerdə; EPUB telefon, planşet və e-oxucularda — şrift ölçüsü dəyişir, mündəricat kliklənir.

Kitabda yalnız prinsiplər var. Dəyişən hər şey — platforma interfeysləri, qiymət diapazonları, provayderlər — onlayn alət qatındadır və hər rübdə yenilənir. Hər fəslin sonunda ora keçid var.

Beş və daha çox lisenziya alanda hər biri 31,90 AZN (20% endirim), komandanın hər üzvünə ayrıca giriş, ödəniş bir fakturaya. Yazın: rashad@gafarzada.com.