Ümumi şərtlər

Bu geri ödəmə siyasəti sayt vasitəsilə təqdim olunan bütün onlayn və oflayn tədris xidmətlərinə şamil edilir. Kursu satın alan istifadəçi ödəniş etməzdən əvvəl bu qaydalarla tanış olmalı və onları qəbul etməlidir.
Kurslara edilən ödənişlər, xüsusi hallar istisna olmaqla, geri qaytarılmır. Ödəniş həyata keçirildikdən və kursa çıxış təqdim edildikdən sonra istifadəçi xidmətin təqdim olunmuş hesab edilir.

Aşağıdakı hallarda ödəniş geri qaytarılmır:

  • İstifadəçi kursda iştirak etməkdən imtina etdikdə
  • İstifadəçi dərslərdə iştirak etmədikdə
  • İstifadəçi şəxsi səbəblərə görə kursu dayandırdıqda
  • Kurs materiallarına giriş verildikdən sonra
  • Endirim və ya kampaniya çərçivəsində alınmış kurslar üçün

Xüsusi şərtlər

Bəzi kurslar üçün xüsusi qaydalar tətbiq oluna bilər. Bu hallarda kurs səhifəsində göstərilən şərtlər əsas götürülür.
Əgər kurs mərhələli şəkildə təqdim olunursa (modullar və ya dərslər üzrə), istifadəçi artıq təqdim olunmuş materiallara görə geri ödəmə tələb edə bilməz.

Geri ödəmənin mümkün olmadığı hallar

Aşağıdakı xidmətlər üzrə ödənişlər geri qaytarılmır:

  • Onlayn kurslara verilmiş girişlər
  • Yüklənə bilən tədris materialları
  • Video dərslərə çıxış
  • Fərdi konsultasiya xidmətləri
  • Təlim rezervasiyası edilmiş oflayn kurslar
  • Sertifikat təqdim edilmiş kurslar

Kursun ləğv edilməsi halları

Əgər kurs təşkilatçı tərəfindən ləğv olunarsa və ya keçirilməsi mümkün olmazsa, istifadəçiyə aşağıdakı seçimlər təklif oluna bilər:

  • Kursun başqa tarixə keçirilməsi
  • Başqa kursla əvəz edilməsi
  • Şirkətin qərarına əsasən ödənişin geri qaytarılması

Geri ödəmə müraciətləri

İstifadəçi geri ödəmə ilə bağlı müraciət etmək istədikdə, saytın əlaqə vasitələri ilə müraciət edə bilər.
Müraciətdə aşağıdakı məlumatlar göstərilməlidir:

  • Ad və soyad
  • Qeydiyyat zamanı istifadə edilən e-poçt
  • Ödəniş tarixi
  • Kursun adı
  • Müraciətin səbəbi

Müraciətlər müəyyən müddət ərzində nəzərdən keçirilə bilər və qərar platforma qaydalarına uyğun qəbul edilir.

Əlavə qeydlər

Platforma ödəniş sistemləri tərəfindən tətbiq edilən komissiyalar və bank xərclərinə görə məsuliyyət daşımır.
İstifadəçiyə kurs haqqında bütün məlumatları ödəniş etməzdən əvvəl diqqətlə oxumaq tövsiyə olunur.