Rəqəmsal Sahibkar və Startap Mentor
Rəqəmsal bizneslər quran, 1000-dən çox layihəyə rəhbərlik edən və sahibkarları A-dan Z-yə rəqəmsal inkişaf yolunda müşayiət edən təlimçi və konsultantam.
Fokusum sadədir: ideyaları işləyən startapa çevirmək, mövcud biznesləri isə ölçülə bilən və sistemli rəqəmsal struktura qaldırmaq.
Bu platforma mənim biliklərimi deyil, illərlə yığılan real təcrübəni paylaşdığım mərkəzdir.
Missiyam və Yanaşmam
İdeyadan işləyən modelə
Mən insanlara təkcə ideya və motivasiya deyil, real nəticə verən biznes modeli və işlək sistem qurmağa kömək edirəm.
Teoriya yox, təcrübə
Paylaşdığım bütün alətlər, yanaşmalar və yol xəritələri şəxsi təcrübəmdən və real layihələrdən süzülüb. Şablon deyil, sınanmış praktikadır.
Uzunmüddətli tərəfdaşlıq
Mənim üçün iş kurs və ya konsultasiya ilə bitmir. Sahibkarların yanında qalaraq yol xəritəsini birlikdə izləmək və düzəltmək əsas prinsipimdir.
Təhsil
UNEC – Mühəndis İqtisadiyyatı və İdarəetmə fakültəsi, Marketinq ixtisası.
Bundan əlavə:
• Rəqəmsal marketinq
• Startap quruculuğu
• Layihə və məhsul idarəetməsi
• Liderlik və komanda idarəçiliyi
üzrə yerli və beynəlxalq təlimlər, seminarlar və praktiki proqramlar.
Karyera yolum
Rəqəmsal və korporativ mühitdə paralel inkişaf edən yol:
• Kapital Bank
• ETSN
• AVICOM
• Web Coder Agency – təsisçi
• Hostimul – təsisçi
• Azerbaijan Digital Arts School (ADAS) – təsisçi
• Global Technology Services – təsisçi
Hazırda üzərində çalışdığım əsas istiqamətlər:
• telebe.az və elektro.az layihələrinin inkişafı
• “Rəqəmsal Sahibkar” ekosisteminin qurulması
Bu illər ərzində müxtəlif sahələrdən yüzlərlə şirkətlə işləyərək 1000-dən çox layihənin planlaşdırılması, icrası və böyüməsində iştirak etmişəm.
Seçilmiş layihələr
hostimul.com
Təsviri: Beynəlxalq hostinq provayderi
Rolum: Təsisçi və strateji rəhbər
Nəticə: Qlobal bazara fokuslanan, ölçülə bilən rəqəmsal xidmət modeli
webcoder.az
Təsviri: Rəqəmsal məhsul və veb həllər studiyası
Rolum: Strateji inkişaf, marketinq və komanda idarəçiliyi
Nəticə: Onlarla biznes üçün işlək veb və rəqəmsal sistemlərin qurulması
Global Technology Services / ADAS / seçilmiş KOB-lar
Problem: Sistem yox, dağınıq proseslər
Həll: Rəqəmsal audit, yol xəritəsi, marketinq və satış sistemlərinin qurulması
Nəticə: Daha şəffaf idarəetmə, ölçülə bilən satış və stabil böyümə
Bu layihələr həm Rəqəmsal Sahibkar, həm də Rəqəmsal Şirkət yanaşmamın real nəticələridir.
Bu gün əsas fokuslarım
- A-dan Z-yə Startap proqramı
0-dan ideyasını real rəqəmsal məhsula çevirmək istəyənlər üçün 3 aylıq startap məktəbi və mentorluq. - Rəqəmsal Şirkət proqramı
Artıq fəaliyyəti olan KOB-lar üçün rəqəmsal audit, yol xəritəsi və transformasiya müşayiəti. - Rəqəmsal Məhsul İnkişafı üzrə menecerlik təlimləri
Fərdi və qrup formatında, online və offline. - İdeya satışı və biznes planlar
Müxtəlif sahələr üçün hazır ideyalar və strukturlaşdırılmış biznes plan paketləri.
Məni fərqli edən nədir?
- Rəqəmsal biznesə bütöv baxış: marketinq, məhsul, texnologiya, hüquqi struktur və komanda
- Şablon cavablar yox, hər layihə üçün individual yol xəritəsi
- Sadə, aydın və sahibkar dilində izah
- Emosiyadan çox rəqəmlə və sistemlə düşünmə
Mənimlə yoluna buradan başlaya bilərsən
İdeyan var, amma struktur yoxdursa,vvə ya biznesin var, amma rəqəmsal tərəfi səni qane etmirsə – qısa bir məsləhətləşmə ilə başlaya bilərik.
Formu doldur, hansı istiqamətdə dəstək istədiyini qeyd et.